12 
Iyl
2020
19:31
2206

Azərbaycan və Ermənistan arasında döyüş başlayıb - 2 nəfər şəhid 5 nəfər yaralı

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycanın mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

InterPress.ge xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Azərəbaycan tərəfi Ermənistan tərəfində itki verdiyini açıqlayıb.

Eyni zamanda Ermənistanın kütləvi informasiya vasitələrində (KİV) Ermənistan ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan dezinformasiyalara Azərbaycanın Müdafiə Nazirliyindən açıqlama verilib.

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib”, - deyə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Bizimlə əlaqə saxlayın