14 
Avq
2020
08:55
560

Gürcüstanın Azərbaycandakı səfiri Azərbaycanın XİN rəhbəri ilə görüşdü - FOTO

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər nazirliyinin mətbuat xidməti məlumat verib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd edib.

Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması məmnunluqla qeyd olunub.

Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi apardılar.

Səfir Zurab Pataradze Xarici İşlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklərini ifadə edib, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Səfir, öz növbəsində iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər