11 
Mat
2020
11:45
389

Gürcüstanın turizm sektoru üçün böhran əleyhinə plan hazırlanır

“Gürcüstan hökuməti yaxın zamanlarda ölkənin turizm sektoru üçün böhran əleyhinə plan təklif edəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O deyib ki, bu məsələdə bank sektoru və hökumət vahid mövqedədir.

N.Turnava qeyd edib ki, hökumət və bank sektoru koronavirusun yayılmasının turizm sektoruna mənfi təsirlərini azaltmaq üçün birgə addımlar atacaq.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Iqtisadiyyat xəbərləri