09 
Iyn
2020
21:01
1161

İvane Maçavariani: "Maaşların artırılmasını dayandırdıq, premiyaları məhdudlaşdırdıq"

"Pensiyaların artması ilə bağlı vəd yerinə yetiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Naziri İvane Maçavariani anti-krizis büdcəsi layihəsinin təqdimatından sonra bildirib.

Onun dediyinə görə, cari ilin əvvəlində bütün pensionerlərin pensiyası 20 lari ilə artdı.

“Maaşların artırılmasını dayandırdıq, premiyaları məhdudlaşdırdıq, ancaq pensiyaların artması davam edəcək. Pensiyaların ildən ilə artma tendensiyası qanuna yazılacaq və heç bir iqtidar onu dəyişməyəcək” – dedi Maliyyə Naziri.

Bizimlə əlaqə saxlayın