31 
Dek
2020
11:17
1488

Gürcüstanda Yeni ilin ilk altı günü hava şəraiti necə olacaq?

Gürcüstanda yanvarın 6-dək yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin verdiyi məlumatda qeyd olunur.

Gürcüstanın qərbindəki ovalıqlarda havanın temperaturu gün ərzində +16, +21 dərəcəyədək yüksələcək, şərqi Gürcüstanın aran bölgələrində isə +8, +13 dərəcə olacağı gözlənilir.

Sinoptiklərin məlumatına görə, Yeni il gecəsi qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu +5, +10, dağlıq ərazilərdə -3, +2, yüksək dağlıq ərazilərdə -7, -2, şərqi Gürcüstanın aran bölgələrində -5, 0, dağlıq ərazilərdə -8, -3, yüksək dağlıq ərazilərdə -10, -5 dərəcə olacağı gözlənilir. Tbilisidə də yağış olmayacaq. Hava istiliyi Yeni il ərəfəsində -1, +1 dərəcə, yanvar ayının 1-ü və 2-si +11, +13 dərəcə olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın