11 
Mar
2020
15:09
810

ABŞ-da koronavirusun eksperimental preparatının klinik yoxlanışı effektiv nəticə göstərdi

ABŞ-da koronavirusun eksperimental preparatının klinik yoxlanışı effektiv nəticə göstərdi.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı “Qardian” yayır.

Britaniya nəşriyyatının məlumatına görə, amerikan biotexnika şirkəti tərəfindən hazırlanan “Remdesivir” preparatı bir çoxları üçün ümid verici oldu, çünki klinik yoxlanış nəticəsində müəyyən oldu ki, onun pasientlərə müsbət təsiri var.

Preparatın klinik yoxlanışının ilk rəsmi nəticələri növbəti dörd ayda məlum olacaq, ancaq vəziyyətlərinin xüsusi ilə ağır olduğu pasientlər üçün, onların icazəsi ilə, həkimlər preparatdan artıq istifadə edirlər.

Həmin preparatla müəalicə nəticəsində, ABŞ-da 35 yaşlı kişi sağlamlaşdı.

“Qardian”-ın məlumatına görə, amerikalı infeksiyonistlər bu preparata ümid edirlər. Onların dediyinə görə, preparat orqanizmdə virusun yayılmasına mane olur.

Bizimlə əlaqə saxlayın