14 
Mar
2020
14:56
1259

Koronavirusla əlaqədər daha üç ölkədən Gürcüstana girişə məhdudiyyət qoyuldu

Koronavirus ilə əlaqədar olaraq, Baş nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası, İsveçrə, Norveç və Danimarka ilə sərhəddə məhdudiyyətlər tətbiq etmək qərarına gəliblər.

InterPress.ge xəbər verir ki, bu haqda baş nazirin mətbuat xidməti məlumat yayır.

Bildirilri ki, Gürcüstana bu ölkələrdən gələn şəxslər koronavirus olmadığına dair sağlamlıq sənədi olmalıdır. Əks təqdirdə məcburi 14 gün karantində qalacaqlar.

Qeyd edək ki, indiyə qədər Çin, Cənubi Koreya, İran, İtaliya, Almaniya, Fransa, İspaniya və Avstriyaya məhdudiyyətlər qoyulub.

Bundan əlavə, üç ölkənin baş nazirləri Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan arasında vətəndaşların hərəkətinin martın 14-dən etibarən 10 gün müddətinə müvəqqəti olaraq dayandırılması və ölkələrinə qayıtmaq istəyən vətəndaşlarının maneəsiz giriş təmin olunmasına qərar verilib.

Məhdudiyyətlər yük daşımalarına tətbiq edilmir.

Bizimlə əlaqə saxlayın