Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Türkiyədə koronavirusa yoluxma 3 dəfə artdı

1,025
Türkiyədə koronavirusa yoluxma 3 dəfə artdı
Dinləmək üçün basın

Türkiyədə koronavirusa daha 12 yoluxma qeydə alınıb.

Türkiyədə koronavirusa daha 12 yoluxma qeydə alınıb.

InterPress.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahreddin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.

"Virusa yeni yoluxanların sayı 12 nəfər təşkil edir. Hazırda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərdir", - nazir bildirib.

Onun sözlərinə görə, iki pasiyent Türkiyədə virusa birinci yoluxanla təmasda olublar.

Koca qeyd edib ki, koronavirusa yoluxanlardan 7-si bu yaxınlarda Avropa ölkələrinə səfər edib, 3-ü isə ABŞ-da olub.

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar bu gün yerli vaxtla saat 10:00-dan Türkiyədə barlar, diskotekalar və gecə klubları fəaliyyətlərini dayandırmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVİD-19 koronavirusunu pandemiya adlandırıb.

Dünyanın 140-dan çox ölkəsində koronavirusa 153 min nəfərdən çox insan yoluxub, 5,7 min nəfər virusun qurbanı olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →