"Artıq ilk mərhələdə peyvənd olunacaq 14 minə qədər insan seçilib"
"Artıq ilk mərhələdə peyvənd olunacaq 14 minə qədər insan seçilib".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.
Onun sözlərinə görə, peyvəndləmələr Tbilisidə 5 və bir neçə ehtiyat müəssisəsində, həmçinin Kutaisidə iki və Batumidə 1 tibb müəssisəsində aparılacaq.
"Birinci mərhələdə "Kovaks" fevralın son ongünlüyündə "Pfizer" peyvəndinin 29 250 dozasının gətiriləcəyini təsdiqlədi və "Kovaks" ilə gündəlik ünsiyyət davam edir, bunun üçün dövlət ciddi hazırlaşdı. Bildiyiniz kimi, "Pfizer" 70-80 dərəcəlik soyuq zəncir tələb etdiyinə görə peyvəndləmələr yalnız üç şəhərdə: Tbilisi, Kutaisi və Batumidə aparılacaq. Artıq klinikalar da seçilmişdir, çünki peyvəndləmənin ilk mərhələsi xəstəxana sektorunda həyata keçiriləcək. Həmçinin xüsusi bir portal da yaradıldı, burada ilk mərhələdə peyndlənəcək 75.000-ə qədər tibb işçisinin məlumatları yüklənmişdir.
İlk məhdud doza həkimlər, tibb bacıları və kiçik tibb işçiləri də daxil olmaqla təxminən 14 000 tibb işçisi üçündür. Bu prioriteti daha da prioritetləşdirməyi bacardıq, Kovid ilə çalışma səbəbindən ən çox risk altında olan 14 minə qədər insan seçilmişdir. Bu insanlarla ünsiyyət sabah başlayacaq. Bildiyiniz kimi, aşılama könüllüdür və kimsə bunu istəməyə bilər, bu səbəbdən bu insanların hamısının şəxsi məlumatları var, hansı bölgədən olduqlarını, hansı şəhərdən, kənddən olduqlarını bilirik və indi bu bazaların təmizlənmə prossesi gedir. Peyvənd gətirildikdə, peyvənd olunmaq istəyənlərin, bütün tibb müəssisələrinin tibb işçilərinin məlumatları olan elektron siyahılarımız olacaq. Peyvəndləmə üçün, Tbilisidə 5 və bir neçə ehtiyat müəssisəsi, Kutaisidə iki və Batumidə 1 tibb müəssisəsi seçilmişdir.
Sabah 40 briqadanın təliminə başlanacaq. Hər briqada gündə 42 nəfəri peyvənd etməlidir. Tez-tez təlim alırlar, amma "Pfizer" üçün bəzi nüanslar var", - dedi Amiran Qamğrelidze.
Eyni zamanda, Qamğrelidzenin dediyinə görə, mart ayının ortalarında ölkəyə 180.000 doza qədər "Astrazeneca" peyvəndi gələcək və onun məlumatına görə, peyvənd dozalarının ötürülməsi hər ay baş verəcək.
"İkinci mərhələyə gəldikdə - mart ayının ortalarında "Astrazeneca" peyvəndinin təqribən 180 000 dozası gətiriləcək, əvvəlcə qalan tibb işçiləri üçün istifadə ediləcək, sonra ikinci prioritet "Qocalar Evi"ndəki yaşlıların və onların qayğı işçilərinin peyvənd edilməsidir. Bundan sonra 75 yaşdan yuxarı, sonra 65 yaşdan yuxarı və s. doğru peyvəndlənəcək", - dedi Qamğrelidze.


