10 
Fev
2021
11:49
358

İtaliyada Gürcüstan vətəndaşları saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin fəal iştirakı ilə, beynəlxalq polis əməkdaşlığı çərçivəsində, Gürcüstan polis attaşelerinin iştirakı ilə İtaliya və Fransada müxtəlif cinayətkar qrupların üzvləri - Gürcüstan vətəndaşları saxlanıldı.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.

İdarədən verilən məlumata görə, 9 fevral 2021-ci ildə İtaliyada Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Attaşesinin iştirakı ilə, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi, İtaliya Respublikasının Daxili İşlər Nazirliyinin Mərkəzi Əməliyyat Xidməti, İtaliya Respublikası Daxili İşlər Nazirliyinin Regio Emilia Regional Polis və İctimai Təhlükəsizlik İdarəsini və İnterpol əməkdaşları, bir neçə ay davam edən operativ, axtarış və istintaq əməliyyatlar nəticəsində, "Qanuni oğru" əməliyyatı çərçivəsində, İtaliya Respublikası ərazisində 23 nəfər, 2 nəfər Polşada, 1 Yunanıstanda, Belçikada 1 və Sloveniyada 1 nəfər Gürcüstan vətəndaşını saxladılar, hansı ki, İtaliya Respublikası və Avropa Birliyi ərazilərində cinayət fəaliyyətində fəal iştirak edirdilər.

"İstintaq, saxlanılan Gürcüstan vətəndaşlarının İtaliyanın şimalında mənzillərdən oğurluq elədiklərini, oğurladıqları əşyaları daha sonra satmaq üçün müəyyən yerlərə apardıqlarını və satışından əldə etdikləri pulla İtaliya Respublikası ərazisində qanuni biznes fəaliyyətinə başlamağa çalışdıqlarını müəyyən etdi. Bu cinayət əməllərinə görə, İtaliya Respublikasının İctimai Təhlükəsizlik Departamenti, Gürcüstan vətəndaşlarına qarşı, Cinayət Məcəlləsinin 416, 624 və 648-ci maddələri ilə iş açdı, hansı ki, cinayət qrupları yaratma, oğurluq, çirkli pulların yuyulmasını nəzərdə tutur və maksimum sanksiyalar ilə 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. "Qanuni oğru" əməliyyatı çərçivəsində Gürcüstan hüquq mühafizəçiləri, 6 ay davam edən əməkdaşlıq nəticəsində, İtalyan tərəfi ilə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Attaşesinin birbaşa iştirakı ilə, Gürcüstan vətəndaşları haqqında dəfələrlə operativ məlumat mübadiləsi apardılar. Gürcüstan vətəndaşları İtalyan polisi qüvvələri üçün izlərini yayındırmaq məqsədilə, saxtalaşdırılmış məlumatları və sənədləri aktiv şəkildə istifadə edirdilər. Həyata keçirilən kompleks tədbirlər və Gürcüstan Daxili İşlər Nazirliyinin Ekspert-Kriminalist İdarəsinin fəal iştirakı ilə qeyd olunan cinayətlərdə iştirak edən bütün şəxslər müəyyənləşdirildi.

"Qanuni oğru" əməliyyatı, Gürcüstan və İtalyan hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi geniş miqyaslı əməliyyatın yalnız bir hissəsidir. Ayrıca, 9 fevral 2021-ci ildə Fransa Respublikasında Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Attaşesi və Nazirliyin Fransa Milli Polisinə göndərdiyi Gürcüstan əlaqə rəsmisinin birbaşa iştirakı ilə, bir neçə ay davam edən operativ-istintaq tədbirlərii nəticəsində "BRATVA-35" birgə əməliyyatı həyata keçirildi. Əməliyyat çərçivəsində Fransa Respublikasının şəhərlərində Gürcüstan mənşəli "qanuni oğru" - K.A. və 17 Gürcüstan vətəndaşı nəzarətə alınıb.

Saxlanılanlar mütəşəkkil dəstələrin üzvləri olublar və Fransa və digər AB ölkələrində cinayətkarlıqla məşğul olublar. Xüsusilə, Fransa Respublikası Cinayət Məcəlləsinin 131, 132, 311, 321, 450-ci maddələri və Gömrük Məcəlləsinin 414-cü maddələri ilə günahlandırılırlar: Fransa Respublikası ərazisində ticarət mərkəzlərində mütəşəkkil qrup tərəfindən törədilən çoxsaylı oğurluq epizodları, mütəşəkkil cinayətkar qrupunda iştirak, cinayət yolu ilə əldə edilmiş əmlakın alqı-satqısı və qaçaqmalçılıqla olan tütün məhsullarının qanunsuz ticarəti, hansı ki, 10 ilə qədər həbs və 375 min avro pul cəzası ilə cəzalandırılır”, - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın