Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi - RƏSMİ

1,166
ABŞ koronavirusu yayması haqqında iddialara cavab verdi - RƏSMİ
Dinləmək üçün basın

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünyada koronavirusun yayılmasında iştirakı haqqında xəbəri yalan adlandırıb.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünyada koronavirusun yayılmasında iştirakı haqqında xəbəri yalan adlandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Nationalreview” bildirib.

"Bizim hərbçilərimiz heç kəsə koronavirus yoluxdurmayıb", - deyə Birləşmiş Ştatların rəhbəri qeyd edib.

Tramp vurğulayıb ki, yeni virus Çindən yayılmağa başlayıb.

Martın 12-də Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan ehtimal edib ki, ölkə ərazisinə COVID-19-u ABŞ hərbçiləri gətiriblər. Diplomat Vaşinqtonu ABŞ-da əvvəllər də güman olunan koronavirusdan ölüm hallarının qeydə alındığını açıqlayan araşdırmaların şərhlərini aydınlaşdırmağa çağırıb.

Bundan başqa, İran siyasətçiləri də iddia edirlər ki, COVID-19 ABŞ-ın “uşağı”dır. Onların dediklərinə görə, koronavirus yeni bioloji silahdır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo buna cavabında rəsmi Tehranı yalan məlumat yaymaqda ittiham edib.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb. Ölkədə virusa 6 233 yoluxma halı qeydə alınıb, 17nəfər sağalıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →