Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enməkdə davam edir.
InterPress.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 3.1804 lariyə bərabər olacaq.
Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3.0807 lari təşkil edib.
Qeyd edək ki, bu Gürcüstan tarixində qeydə alınmış larinin ən aşağı rəsmi məzənnəsidir.
