Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın Gürcüstandakı səfiri estoniyalı həmkarı ilə regional məsələləri müzakirə edib

369
Azərbaycanın Gürcüstandakı səfiri estoniyalı həmkarı ilə regional məsələləri müzakirə edib
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Estoniya Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Riina Kalyurand ilə görüş keçirib.

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Estoniya Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Riina Kalyurand ilə görüş keçirib.

Bu barədə InterPress.ge-yə Azərbaycan səfirliyindən məlumat verilib.

Görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının hər iki xalqın rifahına xidmət etdiyini və bütün Cənubi Qafqaz bölgəsində dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğu barədə ətraflı məlumat verib. Söhbət zamanı son dövrdə Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi Avropa enerji təhlükəsizliyinin təmin edilməsinə növbəti mühüm töhfə kimi təqdir edilib.

Bununla yanaşı, bölgəmizdə təhlükəsizlik mənzərəsinə toxunan səfir təqribən 30 il boyunca Azərbaycana qarşı davam edən təcavüz, onunla əlaqədar qəbul edilmiş, lakin yerinə yetirilməmiş beynəlxalq sənədlər barədə dolğun məlumat təqdim edib. O, 44 günlük Vətən müharibəsinin səbəbləri və mahiyyəti barədə danışaraq, torpaqların işğalına son qoyulmasının, ərazi bütövlüyünün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini deyib.

Söhbət əsnasında xanım R.Kalyurand ölkəsinin Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, bölgəmizdə cərəyan edən proseslər və yaranan yeni mənzərə Estoniya tərəfindən də diqqətlə izlənilir və onun ölkəsi regional əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindədir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →