Daha iki ölkədə koronavirusdan ilk ölüm qeydə alındı
Kosta-Rikada koronavirusdan ilk ölüm qeydə alınıb.
“InterPress.ge” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölən şəxs 87 yaşlı kişidir. Onun vətəndaşlığı açıqlanmır.
Hazırda Kosta-Rika həkimləri ölkədə 69 koronavirusa yoluxma halı qeydə alıblar.
Yamaykada da COVİD-19 infeksiyasından ilk ölüm qeydə alınıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata görə, ölən 79 yaşlı kişidir. O, bir neçə gün əvvəl ABŞ-dan qayıdıb. Yamaykada 15 koronavirusa yoluxma halı aşkarlanıb.
Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 200min nəfəri ötüb, xəstəlikdən 8 mindən çox insan ölüb.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.