1 USD = 3.326 GEL 1 1 EUR = 4.032 GEL 1 AZN = 1.954 GEL 1 TRY = 0.45 GEL 1 RUB = 4.463 GEL
23 
Fev
2021
05:03
1164

Aliko Elisaşvili Savalan Mirzəyevə cavab verdi

Gürcüstan parlamentinin deputatı, Vətəndaşlar Partiyasının sədri Aleksandre Elisaşvili həmkarı Savalan Mirzəyevin ona irad tutmasına reaksiya verib.

InterPress.ge xəbər verir ki, o, S.Mirzəyevin gürcü dilində yaxşı danışdığını bildirib.

A.Elisaşvili demək olar ki, hər həftə Kvemo Kartlinin kəndlərində olduğunu qeyd edib: “Azərbaycanlıların yaşadığı bu bölgədə əhalinin neçə faizinin gürcü dilində danışmadığını dəqiq deyə bilmərəm. Təəssüflə bildirirəm ki, Kvemo Kartlinin kəndlərində uşaqlar və gənclər gürcü dilində hətta salamlaşa bilmirlər”.

Deputat həmkarının gürcü dilində yaxşı danışmasından çox şad olduğunu söyləyib: “Arzu edirəm ki, Kvemo Kartli bölgəsinin bütün azərbaycanlıları sizin kimi gürcücə danışsın”.

Qeyd edək ki, A.Elisaşvili Gürcüstanda azərbaycanlı uşaqların gürcü dilində danışa bilmədiklərini deyib. Onun bu fikri ilə razılaşmayan S.Mirzəyev isə azərbaycanlılar arasında dövlət dilinə marağın çox böyük olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın