Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qalmaqallı səsyazısı yayıldı - Baş nazirin istefası tələb olunur

2,228
Qalmaqallı səsyazısı yayıldı - Baş nazirin istefası tələb olunur
Dinləmək üçün basın

“Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb.

“Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb.

InterPress.ge xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.

Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb.

Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib.

Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı “KQBsayağı” montaj olunub.

Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →