07 
Mar
2021
19:02
3450

Gürcüstanda dəhşətli cinayət: Gənc valideyinlərini və nənəsini öldürdü

Telavidə qətl hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, məlumata görə, 27 yaşlı kişi valideynlərini və nənəsini öldürüb.

Yerli sakinlərin sözlərinə görə, sadəcə atəş səslərini eşidiblər. Eyni zamanda qeyd edirlər ki, gəncin səhhətində problem olub.

Daxili İşlər Nazirliyindən bildirilir ki, bir ailənin üç üzvü ölüb. Polis hadisə yerində səfərbər olunub, cinayətkarı tutmaq üçün intensiv istintaq və operativ tədbirlər görülür.

Faktla bağlı istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər