Restoranların qoruyacağı qaydalar və müştəri limiti
1 mart tarixindən Batumidə, 8 mart tarixindən isə ölkə miqyası ilə restoranların daxili məkanları açıldı.
İnterPress.ge xəbər verir ki, buna baxmayaraq restoranlarla bağlı müəyyən məhdudiyyətlər var ki, hələ də, qüvvədə qalmaqdadır.
Biznes sahəsinin dəyərləndirməsinə görə, komendant saatı iş saatlarını əhəmiyyətli dərəcədə azaldır, həftə sonları restoranlar fəaliyyət göstərmir və iş saatlarında restoranlarda müştərilər canlı musiqi dinləyə bilmirlər.
Sözügedən məhdudiyyətlərdən başqa qida obyektlərinə qarşı tələbatlar müəyyən qədər sərləşdirilib.
Bütün bunlarla yanaşı yenilikdə mövcuddur. Belə ki, restoranların fəaliyyəti daxili məkanlarda da artıq mümkündür və müştərilərin qəbuletmə limiti 60 nəfərdir.
Restoranların daxili məkanlarda qoruyacağı qaydalar aşağıdakılardır:
- Masalararası məsafə 2 metr olmalıdır;
- Bir masa arxasında ən az 6 nəfər oturmalıdır;
- 12 yaşadək uşağın bir masa arxasında oturmasına icazə verilir;
- Bir masa arxasında oturan insanların ara məsafəsi 1 metr olmalıdır;
- Müştərilərə birdəfəlik menyu (yeməklərin siyahısı) təklif olunmalıdır;
- İçkilər individual olaraq masaya çatdırılmalıdır;


