10 
Mar
2021
23:16
1372

Mərkəz rəhbəri koronavirus peyvəndi ilə bağlı ŞAD XƏBƏR VERDİ

22 Mart həftəsində ölkənin mütləq həm "Pfizer", həm də "Astrazeneca" peyvəndləri alacağı təsdiqləndi".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Onun sözlərinə görə, peyvəndin dəqiq tarixi və ölkəyə çatdırılması yaxın vaxtlarda dəqiqləşdiriləcək.

“Novavax peyvəndi istehsal edən Hindistan İnstitutu ilə demək olar ki, gündəlik ünsiyyətimiz var. Tezliklə onlardan müqavilə alacağımıza söz verirlər, bu gün onlarla danışdıq. Yazılı və ya məsafəli görüşlərdə bəlli oldu ki, 22 mart tarixinə qədər ölkənin mütləq həm Pfizer, həm də Astrazeneka peyvəndlərin alacağımız təsdiqləndi. Hər ikisini Kovaks platforması vasitəsilə əldə edəcəyik. Peyvəndin göndəriləcəyi gün və uçuş vaxtı yaxın gələcəkdə məlum olacaq.. UNİCEF ilə intensiv ünsiyyətimiz var. Bu iki peyvəndi almaq üçün UNİCEF maddi əməliyyatlar keçirdi ”- Qamğrelidze.

Bizimlə əlaqə saxlayın