1 USD =
3.0867 GEL
1 EUR =
3.4849 GEL
1 TRY =
0.2441 GEL
100 RUB =
4.12 GEL
1 AZN =
1.8153 GEL
17 
Mar
2021
13:12
327

Məscidlərin acınacaqlı taleyi - Mirtağı Əsədov

Bir neçə gün öncə, Allah evlərinə, məscidlərimizə və ümumilikdə müsəlmanlara aid ibadət ocaqlarına qarşı edilən haqsızlıq, zülm, xəyanət və qəsbkarlıq barədə söz açmışdım. qarşı tərəf isə bu işdə günahsızlığını iddia etmişdi. Belə ki, məscidlərin Resan Qoqitidze idarəsinin balansına təhvil verilməsində guya xəbəri olmayan, amma əslində xəyanətini gizlətməyə çalışan BGMİ-nin qəsbkar şeyxi, həmin xəyanət və qəsbkarlığını təsdiqləyən sənədi siz dəyərli müsəlmanların nəzərinə çatdırmaq istəyirəm.

Burada iki suala cavab versək, məsələ tam aydınlaşacaq.

1. İslam dininin şəriət qanunlarına əsasən qəsb nə deməkdir?

"Qəsb", başqasının haqq-hüquqlarına və əmlakına həqiqi və ya hüquqi surətdə, zorla müvəqqəti ya daimi yiyələnməkdən ibarətdir.

Bəs burada xəyanətdən məqsəd nədir?

Müsəlmanlara məxsus ibadət ocaqlarının, tikib-quran banilərinin yaxud da dini, mənəvi, həqiqi və hüquqi varislərinin xəbəri olmadan istər hüquqi istərsə də həqiqi şəkildə, inanclı müsəlmanların mülkiyyətində olmayan bir idarənin balansına verilməsindən ibarətdir burada xəyanətdən məqsəd. (çünki BGM-nin ölkə qanunlarına eləcə də qeydiyyata alınmış nizamnaməsinə əsasən əsil yəni hüquqi nəticə etibarilə də həqiqi sahibləri, həmin idarənin təsisçiləri və icraçı direktorudur).

Unudulmamalıdır ki, bu gün İslam qanunlarını ayaqlayaraq Allah evlərinə zorla hüquqi yiyələnənlər, sabah çox rahatlıqla həmin məscidlərin qapısını da bağlaya bilərlər. çünki ölkəmiz dünyəvi dövlətdir. sən burada bir mülkə hüquqi yiyələndinsə, ölkə qanunları da onu zəhmət çəkib tikəni deyil, məhz səni həmin mülkün sahibi kimi tanıyır. elə ona görə də bu gün həmin ibadət ocaqlarına qəsb və xəyanətlə yiyələnən Allahdan bixəbərlər, sabah əllərindəki həmin mülkiyyət sənədi ilə gəlib deyə bilərlər ki, ölkə qanunlarına əsasən bura mənim mülkümdür. bu gündən etibarən mənim mülkümə ayaq basmamalısan və yaxud da mülkümün qapısını kilidləyirəm.

Şeyx Ramin isə deyir ki, indi də məscidlər qoy BGMİ-nin balansında qalsın nə olasıdır ki?
görəsən o, yuxarıda vurğulanan məsələləri anlayıb-bilərək deyir, yoxsa onlar hələ buna çatmır?
özü də bunu o kəs deyir ki, aldadılıb uçurulduqdan sonra, uzun illər çörəyini yediyi mədrəsənin belə tikiliş izinini ala bilmir.
Sabah məscidlərlə bağlı yuxarıda sadalanan problemlər baş verdikdə, görəsən Şeyx Həzrətləri Hacı Ramin İgidov müsəlmanların hoyuna yetə biləcək?

BGMİ-nin beş-üç günlük qonağı olan həmin Şeyxin gah "mən məscidlərin qaytarılmasının əleyhinə deyiləm", gah isə " indi də məscidlər BGM-nin balansında qalsın nə eybi var ki?" deməsi, bəzən də "bizlik deyil, iqtisadiyyat nazirliyi özü məscidləri BGM-nin balansına verib" deməsi, amma həqiqətdə də həmin məscidlərin BGM-nin balansına verilməsinin tələbi məqsədi ilə iqtisadiyyat nazirliyinə məktub ünvanlaması və həmin məktubu cəmiyyətdən gizləməyə çalışması, ümumilikdə sizcə nə anlama gəlir? bu neçə üzlülük deyilmi? buna dini terminologiyada "MÜNAFİQLİK" deyilir. Münafiqin dəyərini isə Uca Allah müqəddəs kitabı Qurani-Kərimdə belə vermişdir.

O buyurur:

"(Ey Rəsulum!) Əlbəttə ki, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapa bilməzsən!" ("Nisa" surəsi, Ayə: 145).

Biz həmişə demişik. indi də bir daha xatırladıram ki, məsələnin həll yolu bütün müsəlman icmalarının təsisçiliyi ilə məscidlər fondu (Vəqf) yaradılaraq, bütün məscidlərin həmin fondun balansına verilməsidir.
digər tərəfdən də müsəlmanlar üçün ibadət ocaqlarının tikilişində bürokratik əngəllərin aradan qaldırılmasıdır.

Burada İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-in, xəyanət və qəsb haqqında bir dəyərli kəlamını xatırlatmaq istəyirəm. o Həzrət belə buyuru:

"Hər kəs (qəsbkarlıqla) öz qonşusunun torpağına bir qarış (miqdarında belə) xəyanət edərsə, Allah həmin (qəsb olunmuş) torpağı yerin yeddinci qatından (zəncir kimi) boyunluq olaraq həmin şəxsin boynundan asar ki (məhşərə boyunduruqda gətirilsin və), Qiyamət günü Allahla eyni vəziyyətdə görüşsün. (amma) tövbə edib qayıdan şəxs istisna olunur (yəni dünyada torpaq sahibini razı saldığı təqdirdə, bağışlanar və qiyamətdə cəzalandırılmaz).

İndi isə Şeyx Hacı Ramin İgididovun həm xəyanətkarlığını, həm qəsblarlığını, həm də münafiqliyini isbatlayan həmin sənədi siz müsəlmanlara paylaşıram.
Xatırladım ki, bu paylaşılması nəzərdə tutulan bir neçə sənəddən biridir.

Müəllif: Ümumi Gürcüstan Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov

Bizimlə əlaqə saxlayın