InterPress.ge-nin məlumatına görə, 40 yaşlı kişi vəzifəsini yerinə yetirərkən zədə alıb.
Yaralı əvvəlcə Rustavi Mərkəzi Xəstəxanasına, daha sonra Tbilisi Yanıq Mərkəzinə aparılıb. Mərkəzin rəhbəri Quqa Kaşibadzenin verdiyi məlumata görə, xəstənin vəziyyəti stabildir.
"Stabildir. Yanıq əməliyyatı şöbəsindədir. Sağ hissəsi və ön hissəsi ziyan görüb. Sağlamlığı və həyatı üçün təhlükə yoxdur",- bildirib Kaşibadze.
