Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı ucuzlaşması dayanıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 3.2896 lariyə bərabər olacaq.
Bu gün isə 1 dolların rəsmi məzənnəsi 3.4842 lari təşkil edib. Bu günkü məzənnə ilə dollar 0.1946 GEL ucuzlaşıb.
