31 
Mar
2021
18:13
263

Ərdoğan: “Azərbaycanın yanında olmağımız önəmlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycanı bir daha Qarabağda qazandığı zəfər münasibəti ilə təbrik edib və Türkiyənin Azərbaycana dəstəyini vurğulayıb.

“Bütün azərbaycanlı qardaşlarımı, əziz qardaşım İlham Əliyevi əvvəl Qarabağdakı qələbəsinə görə təbrik edirəm”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb. Bundan başqa, kilsələr də məhv edilib:

“Qarabağdakı türk irsinin qorunması və bərpası üçün bütün vasitələrimizlə Azərbaycanın yanında olmağımız önəm kəsb edir”.

O, Türkiyənin bölgənin dirçəlməsi üçün bütün köçkünlərin evlərinə qayıtmasına çalışacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın