01 
Apr
2021
11:29
431

Yeni Ədliyyə naziri təyin edildi

Rati Breqadze Ədliyyə naziri təyin edilib.

InterPress.ge xəbər verir ki, Breqadze hökumət iclasından əvvəl Baş nazir İrakli Ğaribaşvili tərəfindən namizəd göstərilib.

"Qoça Lortkipanidze Haaqaya gedir, dünən son iş günü idi. Səmimi qəlbdən təşəkkür edirəm və uğurlar arzu edirəm. Rati Breqadze ədliyyə naziri təyin edildi. Rati yüksək ixtisaslı hüquqşünasdır. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq Fakültəsini bitirdikdən sonra Hamburq Universitetində təhsil alıb və hüquq magistri və hüquq doktoru dərəcəsi alıb. Rati 2012-ci ildən bəri dərs deyir və Qafqaz Universitetinin professorudur. 2012-ci ilin noyabr ayından bu günə qədər İdman və Gənclər İşləri nazirinin müavini, Beynəlxalq Təhsil Mərkəzinin direktor müavini, Diaspora işləri üzrə dövlət nazirinin müavini, Gürcüstan Xarici İşlər Nazirliyinin Diasporla Əlaqələr Departamentinin direktoru və nəhayət Müdafiə nazirinin müavini vəzifələrində çalışmışdır. Rati həmçinin Dövlət Konstitusiya Komissiyasının üzvü idi və ona uğurlar arzulayıram", - bildirib Ğaribaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər