İrakli Qaribaşviliyə yeni ittiham irəli sürüldü
Gürcüstanın həbsdə olan keçmiş baş naziri İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə məlumat verilib.
Baş prokurorun müavini Amiran Quluaşvilinin sözlərinə görə, yeni iş korrupsiya cinayəti ilə bağlıdır. Qaribaşvili xüsusilə külli miqdarda rüşvətin qabaqcadan razılaşmış qrup tərəfindən alınmasında ittiham olunur.
“Gürcüstan Prokurorluğu qabaqcadan razılaşmış qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət alınması faktı üzrə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə ittiham irəli sürüb.
2026-cı il avqustun 12-də Gürcüstanın keçmiş müdafiə nazirinin qohumu, məhkum Vasil Mxeidze istintaqla əməkdaşlıq etmək istəyi ilə prokurorluğa müraciət edib və əlində olan bütün məlumatları istintaqa təqdim edib. Həmçinin Cuanşer Burçuladze dindirilib və istintaqla əməkdaşlıq edib”, – deyə Amiran Quluaşvili bildirib.


