12 
Nybr
2026
10:39
41

Tbilisidə ər-arvadı öldürən şəxs saxlanıldı

Tbilisidə ər-arvadın yaşadıqları yaşayış binasında odlu silahla qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb. İlkin məlumata görə, cinayətin səbəbi əmlak məsələləri və şübhəlinin maliyyə öhdəliklərini yerinə yetirməməsi olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Tbilisi Polis Departamentinin əməkdaşları intensiv əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfərin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsində şübhəli bilinən şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il noyabrın 11-də Tbilisidə ər-arvada yaşadıqları yaşayış binasında avtomat silahdan atəş açaraq çoxsaylı güllə yaraları yetirib və daha sonra hadisə yerindən qaçıb.

Aldıqları xəsarətlər nəticəsində hər iki şəxs hadisə yerində ölüb.

Araşdırma zamanı cinayətdən əvvəl əmlak məsələləri ilə bağlı mübahisənin olduğu, xüsusilə də şübhəlinin maliyyə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəli şəxs hadisədən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu və 236-cı maddələri ilə istintaq aparılır. Maddələr iki nəfərin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə, eləcə də odlu silahın qanunsuz əldə edilməsinə, saxlanılmasına və daşınmasına görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın