11 
Nybr
2026
15:00
394

Ağır yol qəzası: 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Gürcüstanın Xaşuri bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, hadisə Xaşuri–Osiauri avtomobil yolunda baş verib. Minik avtomobili su daşıyan yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilində olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şahidlərin verdiyi məlumata görə, avtomobildəki iki sərnişin hadisə yerində ölüb. 19 yaşlı gənc xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. Avtomobilin sürücüsü isə daha yüngül xəsarətlərlə tibb müəssisəsinə aparılıb.

Məlumata görə, dörd nəfərin hamısı Borjomi bələdiyyəsindəndir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Bizimlə əlaqə saxlayın