12 
Nybr
2026
15:07
57

Dünya birjalarında və Gürcüstanda qızılın qiyməti ucuzlaşıb – Bir qram qızıl neçəyədir?

Dünya birjalarında qızılın qiyməti son bir gün ərzində 1,12% azalıb. Tbilisi vaxtı ilə saat 12:30-a olan məlumata görə, bir unsiya qızılın qiyməti 3 946 ABŞ dolları təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə “BusinessPressNews” məlumat yayıb.

Gümüşün qiymətində də ucuzlaşma qeydə alınıb. Hazırda bir unsiya gümüş 51,3 dollara satılır ki, bu da son bir gün ərzində 1,34% azalma deməkdir.

Gürcüstanda da qızılın qiyməti cüzi ucuzlaşıb. Belə ki, bir qram 999 əyarlı qızılın qiyməti 344 lari, 750 əyarlı qızılın qiyməti 258 lari, 585 əyarlı qızılın qiyməti isə 201 lari təşkil edir.

Gümüşün bir qramının qiyməti isə 999 əyarda 4,40 lari, 800 əyarda 3,52 laridir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər