02 
Apr
2021
16:19
1096

Koronavirusa görə Gürcüstanın 3 kəndində nəzarət gücləndirildi

Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının verdiyi qərara uyğun olaraq Kovid-19-un yayılmasının qarşısını almaq və vətəndaşları fəal şəkildə izləmək üçün Kaspinin İqoeti, Samtavisi və Kvemo Çala kəndlərində postlar quruldu.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, adıçəkilən kəndlərə daxil olan və çıxan vətəndaşlar yerində termoskrininqdən və zəruri hallarda testdən keçirlər.

Şida Kartli bölgəsində üç kəndə və Kaspi Bələdiyyəsinin digər kəndlərinə giriş-çıxış məhdudlaşdırılmır və başqa sərt karantin məhdudiyyətləri tətbiq edilmir.

Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə, maska taxmağa və mövcud qaydalara tabe olmağa çağırır.

Polis əməkdaşları ictimai qaydanı və təhlükəsizliyi qorumaq üçün kəndə intensiv şəkildə nəzarət edirlər. Gürcüstan ərazisindəki bütün şəxslər, Gürcüstanın xalq sağlamlığı sahəsində qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.

Bizimlə əlaqə saxlayın