15 
Apr
2021
15:39
3726

Tranzit nömrə nişanlı avtomobil sahiblərinin NƏZƏRİNƏ...

Gəlirlər Xidməti avtomobil idxalçılarına avtomobil gömrük rəsmiləşdirmə müddətinin 31 May 2021-ci il tarixində bitəcəyini xatırladır.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidmətindən məlumat verilib.

Gəlirlər Xidmətindən verilən məlumata görə, avtomobilin gömrük rəsmiləşdirilməsinin təxirə salınması qərarı bir daha alınmışdı, belə ki, 2019-cu ilin 1 oktyabrından 2020-ci ili 1 may tarixinə qədər gətirilən avtomobilin sahibinin gömrük rəsmiləşdirməsi tarixi 2021-ci ilin bir mart tarixi əvəzinə 2021-ci ilin 31 may tarxinidə qədər uzadıldı.

"Maliyyə Nazirliyinin Gəlirlər Xidməti avtomobil idxal edən şirkətin nümayəndələrinə xatırladır ki, Gürcüstan Hökumətinin qərarı ilə avtomobil idxalçılarını təşviq etmək üçün avtomobillərin gömrük rəsmiləşdirilməsinin təxirə salınmasına qərar verildi: xüsusilə Gürcüstanın Maliyyə nazirinin 2019-cu il 27 avqust tarixli N259 qərarında dəyişiklik edildi. Qərara əsasən, 2019-cu il 1 oktyabr tarixindən 2020-ci il 1 may tarixinə qədər ölkəyə gətirilən nəqliyyat vasitələrinin sürücüsünün gömrük rəsmiləşdirməsi vaxtı 2021-ci il 1 mart əvəzinə, 2021-ci il 31 maya qədər uzadıldı. Qeyd olunan güzəşt təxminən 19 000 nəqliyyat vasitəsinə şamil edilir.

31 May tarixindən etibarən nəqliyyat vasitəsinin sahibi həmçinin Gürcüstanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş faizlərdən azaddır.

Maliyyə Nazirliyinin Gəlir Xidməti avtomobil idxalçılarını gömrük rəsmiləşdirilməsi prosedurlarına və qanunla müəyyən edilmiş son tarixlərə riayət etməyə çağırır”, - deyilir açqlamada.

Bizimlə əlaqə saxlayın