Gürcüstanda ərzaq məhsulları bahalaşıb
Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə0,7% artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik inflyasiya isə 6,1% təşkil edib.
Mart ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2%, tərəvəzlərin qiyməti 9,6%, meyvə və üzümün qiyməti 8,9%, mineral sular, alqokolsuz içkilər, meyvə və tərəvəz şirələri 2,3%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 3,7%, çörəyin qiyməti 1,7% artıb. Süd, pendir və yumurtanın qiyməti 0,3%, balığın qiyməti isə1,2% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,4%, restoran və mehmanxana qiymətləri 8,9%, müxtəlif mal və xidmətlərin qiyməti isə 6,8% artıb.(report)