İki qardaş güllələnərək öldürülüb, üçüncü qardaş sağ qalıb
Sağareco bələdiyyəsinin Ləmbəli kəndində iki qardaş qətlə yetirilib. Hadisə bir neçə saat əvvəl baş verib.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin məlumatına görə, üç qardaşa odlu silahla atəş açılıb. Onlardan ikisi hadisə yerində həyatını itirib, üçüncü qardaş isə qaçaraq xilas ola bilib.
Yerli sakinlərin sözlərinə görə, qardaşlar uzun illər Rusiyada yaşayıb və bir müddət əvvəl kəndə qayıdıblar.
Məlumata görə, hadisə qardaşlar qohumlarının toyuna gedərkən baş verib. Kənd sakinlərindən biri onlara pusqu quraraq atəş açıb. Aldıqları xəsarətlər nəticəsində iki kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qətlin dəqiq səbəbi hələlik məlum deyil. Ehtimal olunan motivlər arasında qisas və əvvəllər yaranmış münaqişə də nəzərdən keçirilir.
Qeyri-rəsmi məlumata görə, təqsirləndirilən şəxs polis tərəfindən isti izlərlə saxlanılıb. Hələlik Daxili İşlər Nazirliyi hadisə ilə bağlı şərh verməyib.


