
Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb
Çində koronavirusdan ölənlərin sayı 80 nəfərə çatıb, ümumilikdə isə ölkə ərazisində təxminən 2,5 min nəfər bu virusa yoluxub.
İnterPress.ge APA-ya istinadən qəzetinə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, 2.454 yoluxma hadisəsi Çində, 6 nəfər Honqkongda, 5 nəfər Makaoda və 3 nəfər Tayvanda qeydə alınıb.
“Global Times” qəzetinin məlumatında bildirilir ki, koronavirusun ilk aşkarlandığı Hubey əyalətində xəstəlikdən 76 nəfər ölüb və yoluxanların ümumi sayı 1423-ə yüksəlib.
Virus artıq Çindən xaricdə - Cənubi Koreya, Yaponiya, ABŞ, Tayland, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya və Malayziyada da qeydə alınıb.
Qeyd edək ki, yeni virus yüksək temperatur, öskürək və boğulma ilə müşahidə olunur.