04 
May
2021
13:10
311

Qia Volski: "Melia girovla razılaşmalı və həbsdən çıxmalıdır"

"Saakaşvilidən vəkillərə qədər "Vahid Milli Hərəkat"ın əsas hədəflərindən biri, bir şəkildə Nika Melianı siyasi bir ideya üçün işgəncə verilən bir qəhrəmana çevirmək idi, amma bu alınmadı".

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Qia Volski bildirib.

Onun sözlərinə görə, Nika Melia girova razı olmalıdır.

"AB müdaxiləsi, beynəlxalq və gürcü cəmiyyətinin tələbi "Milli Hərəkat"ın mövqeyi, planı və strategiyası ilə qütbləşib. Melia bu iki ölçü arasında itkin düşüb. Vəkillərin düzgün məsləhət verə biləcəyini düşünmürəm, məhkəmədə onların hərəkətlərini gördük. Girovla əlaqədar heç bir siyasi addım olmayacaq. Praktiki olaraq heç bir addım qalmadı və girovla razılaşıb çıxmalıdır. Ancaq hücm təşkilatçısı briqadası adlanan roldan və funksiyadan çıxa bilmir. Bu rol ilə siyasi qəhraman və siyasi işgəncə görən ola bilmədi. Hansı addımları atacaqlarını bilmirəm, ancaq fakt budur ki, seçki və parlamentdə işləmək məsələsi, iqtisadi məsələlər, sağlamlıq və təhlükəsizlik məsələləri müəyyən bir siyasi qrupun məqsədinə xidmət edən bir vəzifə deyil", - dedi Qia Volski.

Bizimlə əlaqə saxlayın