05 
May
2021
11:45
2631

Moped idarə edənlərin nəzərinə! - Nazir sürücülük vəsiqəsi ilə bağlı açıqlama verdi

"Mopedlər tezliklə qeydiyyata alınacaq və onlar da sürücülük vəsiqəsi almalı olacaqlar".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri deyib.

Vaxtanq Qomelaurinin qeyd etdiyinə görə, bu mərhələdə videokamera ilə mopedlərə nəzarət etmək mümkün deyil və yol qəzaları tez-tez baş verir.

“Bu məsələ üzərində işləyirik. Şəhərdə moped sürməyin çətin və ağrılı bir mövzu olduğu ilə razılaşıram. Əsas problem odur ki, videokameralarla hərəkətlərinə nəzarət edə bilmirik, cərimə edə bilmirik, buna görə sərbəst gəzirlər və təəssüf ki, tez-tez yol qəzaları olur. Mopedlər tezliklə qeydiyyata alınacaq və sürücülük vəsiqəsi almalı olacaqlar", - dedi Qomelauri.

Ölənlərin sayına gəlincə, daxili işlər naziri məlumatların katastrofik bir şəkildə artmadığını söyləyib.

"Moped ilə ölüm halları azdır. Buna A kateqoriyalı sürücülük vəsiqəsinə ehtiyacı olan güclü motosikllərdə daha tez-tez rast gəlinir. Xatırladığıma görə, qanun layihəsi iki oxunuşda parlamentə təqdim edildi və yaxında qeydiyyatdan keçirəcəyik", - dedi Qomelauri.

Bizimlə əlaqə saxlayın