Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Dəhşətli virus daha bir ölkəyə keçdi

2,691
Dəhşətli virus daha bir ölkəyə keçdi
Dinləmək üçün basın

Qazaxıstanda dörd nəfərdə koronovirus aşkar edilib.

Qazaxıstanda dörd nəfərdə koronovirus aşkar edilib.

Srondakika.comun xəbərinə görə, Almatı Beynəlxalq Hava Limanında çinli turistləri daşıyan təyyarədə axtarış aparılıb.

Nəticədə, dörd nəfərin ölümcül virusa yoluxduğu müəyyən edilib. Virus aşkar edildikdən sonra onlar geri - Çinə göndərilib.

Səlahiyyətli şəxslər bununla bağlı verdikləri açıqlamada terminal kameralar vasitəsilə xəstələrin yüksək hərarətinin olmasını və bu səbəbdən xəstəliyi müəyyən edə bildiklərini deyiblər.

Bildirilir ki, dünən Rusiyanın Moskva şəhərinə qatarla gələn yeddi turist yüksək hərarətin olması ilə bağlı koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər. Sonra isə onlarda koronovirusun olmadığı, sətəlcəm olduqları bildirilib.

Qazaxıstanla birlikdə virusun yoluxduğu ölkələrin sayı 15-ə çatıb. Xatırladaq ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərdə görülüb.

Qeyd edək ki, çinli epidemioloqlar koronovirusun mənbəyinin Uxan şəhərində bazarda satılan çiy ətlər olduğunu aşkarlayıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →