Gürcüstanda koronavirus infeksiyasına yeni yoluxma hallarının təfərrüatları
"Dörd yeni koronavirus infeksiyası daxili yayılma ilə əlaqəli deyil, hamısı başqa yerlərdən olanlardı".
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tbilisi Yoluxucu Xəstəxanasının tibb direktoru Marina Ezugbaya bildirib.
Ümumilikdə, son bir gündə Gürcüstanda 10 yeni koronavirus infeksiyası qeydə alınıb. Xəstələr Tbilisi, Batumi və Kutaisidəki klinikalara yerləşdirilib.
"Son dörd yoluxmanın mənbəyi bilinir. Bu, digər ölkələrdən gətirilən bir haldır. Bunlardan iki xəstə Batumidə, ikisi xəstəxanamızdadır. Hələ onların sağlamlığı haqda birşey bilmirik. Tam müayinədən keçdikdən sonra onların vəziyyəti haqda məlumatımız olacaq", - dedi Ezugbaya.
Daxili yayılma hallarına gəlincə, Ezugbaya, yoluxucu xəstəliklər xəstəxanasında daxili yoluxma ilə bağlı yalnız üç xəstənin olduğunu bildirdi.
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında 33 xəstədə koronavirus müalicəsi görür, onlardan yeddisində ağır sətəlcəm var.
"Bu yeddi nəfərdən, iki xəstə xüsusi diqqətə layiqdirlər. Xəstəliyi müəyyən dərəcədə inkişaf edir və sabitliyə nail olunmur. Digər beş nəfərin vəziyyətinin sabitləşməsinə nail olduq və sağalma prosesinin tezliklə başlayacağına ümid edirik" dedi Ezugbaya.
Bu günə kimi yoluxucu xəstəliklər xəstəxanasında 37 xəstə koronavirusdan sağalıb.
Acarıstan Səhiyyə Nazirliyinin rəhbəri Zaal Mikeladze, Batumi "Medalfa" klinikasında iki xəstəsinin vəziyyətini açıqlayarkən, onların eyni ailənin üzvləri olduğunu bildirib.
"Bi ailədən 40 yaşlı bir ana və 10 yaşlı uşağı yoluxub. Ana və uşaq aprelin 4-də Türkiyədən Gürcüstana gətirilib. Bu günə kimi onlar karantində saxlanılır. Bu gün hərarətləri yüksəldi, sonra onlar müayinə olundular."- dedi Mikeladze.
Bu vaxta qədər ananın sağlamlıq vəziyyəti sabitdir. Yalnız hərarəti olduğu bildirilir.
Onun sözlərinə görə, digər ailə üzvləri də müşahidə altındadır. Medalfa klinikasına gətirilib. Xəstəxanada ümumilikdə 16 xəstə koronavirusdan müalicə olunur.
Son məlumatlara görə, Gürcüstanda 218 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 50 xəstə sağalıb, 3 nəfəri isə həyatlarını itiriblər. Karantinə alınmış vətəndaşların sayı 4 829 nəfərdir, tibbi nəzarətdə saxlanılanlar isə 410 nəfər təşkil edir.


