21 
May
2021
10:22
267

Bu gündən Parlament Seçki Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlayacaq

Bu gündən Parlament Seçki Məcəlləsinə baxmağa başlayacaq.

InterPress.ge xəbər verir ki, hakim komandanın və müxalifətin birgə razılaşdığı layihə insan hüquqlarının müdafiəsi, prosessual məsələlər və qaydalar komitəsinin birgə iclasında müzakirə olunacaq.

Layihənin Hüquq Məsələləri Komitəsinin həftənin şənbə günü keçiriləcək iclasında müzakirəyə çıxarılması planlaşdırılır. Qanun layihə ilə bağlı qərar növbəti həftədə birinci oxunuşda qəbul ediləcək.

Sənəd tövsiyələr üçün Venesiya Komissiyasına artıq göndərilib.

Parlament çoxluğundan bildirilir ki, qanunlayihənin ikinci oxunuşu Venesiya Komissiyasının qiymətləndirilməsi məlum olmayanadək baş tutmayacaq.

Qeyd edək ki, seçki islahatının keçirilməsi Şarl Mişelin sənədində nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın