Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Türkiyədə koronavirusa yoluxma şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilib

2,264
Türkiyədə koronavirusa yoluxma şübhəsi ilə 12 nəfər xəstəxanaya yerləşdirilib
Dinləmək üçün basın

Türkiyənin Kappadokiya bölgəsində səfərdə olan 10 çinli turist və 2 Türkiyə vətəndaşı koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Türkiyənin Kappadokiya bölgəsində səfərdə olan 10 çinli turist və 2 Türkiyə vətəndaşı koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

İnterPress.ge RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aksaray valisi Əli Mantımətbuat konfransında bildirib.

"Xəstəliyin simptomları turistlərdən birində ortaya çıxıb, həkimlər onunla təmasda olan daha 9 nəfəri, həmçinin bələdçi və avtobus sürücüsünü ehtiyat tədbiri olaraq nəzarətə götürüblər”, - o deyib.

Şübhəlilərdən götürülən analizlər ölkənin Səhiyyə Nazirliyinə göndərilib. Nəticələr əldə olunana qədər turistlər yerli xəstəxananın xüsusi yoluxucu xəstəliklər şöbəsində olacaq.

Xatırladaq ki, Çinin Dövlət Səhiyyə Komitəsinin son məlumatına görə, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

Qeyd edək ki, Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →