28 
May
2021
16:27
4038

Mixail Saakaşvili video müraciət yayımladı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, Namaxvani SES məsələsi Gürcüstanın maraqlarına uyğun və xalqın tələb etdiyi kimi həll olunmalıdır.

InterPress.ge xəbər verir ki, bu haqda Saakaşvili Facebook səhifəsində yayımladığı videoda qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanın böyük su elektrik stansiyaları olmasa belə enerji asılılığı olmama şansı var.

“İndi Amsterdamdayam, hərəkət halında olan təyyarədə və dənizdə külək elektrik stansiyaları var. Bunu ona görə deyirəm ki, Namaxvani və su elektrik stansiyaları tikiləndə günəş, hidrogen, külək texnologiyaları yox idi, indi hər şey mövcuddur, bu səbəbdən Gürcüstan bu mərhələdə böyük su elektrik stansiyaları olmasa da enerjidən müstəqil olmaq şansına sahibdir.

Gürcüstan elektrik ixracatçısı olmamalıdır - Gürcüstanda əsas ixracat mənbəyi xidmətlər, yüksək texnologiyalar, logistika olmalıdır, bunlar hamısı pul və gəlir gətirən şeylərdir.

Bu alternativ mənbələrlə Hollandiya kiçik torpaqlarındə və sularında özlərini tam təmin edə bilirlər, Gürcüstan bundan daha çoxunu edə bilər. Velosipedin kəşfini boş yerə axtarmayaq. Dünyada son onilliklərdə çox şey dəyişdi, gəlin müasir və yaxşı olanları götürək, ekologiyamızı qoruyaq.

Kutaisi xalqının qəzəbini və həyəcanını tamamilə başa düşürəm. Bu məsələ siyasi rəğbət və antipatiyalara baxmayaraq Gürcüstan maraqlarına uyğun və xalqın tələb etdiyi kimi həll olunmalıdır", - bildirib Saakaşvili video müraciətində.

Bizimlə əlaqə saxlayın