
Saxta sənədlərdən istifada edən şəxslər saxlanıldı
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti, saxta rəsmi sənədlərdən istifadə edərək qrup tərəfindən dövlət əmlakının mənimsənilməsi faktı ilə əlaqədar 10 nəfəri ifşa edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat İstintaq Xidməti tərəfindən yayılır.
"İstintaqda Şida Kartlidə fəaliyyət göstərən şirkət rəhbərinin işçiləri ilə əvvəlcədən razılaşaraq Gəlirlər Xidmətinə sıfır gəlir vergisi bəyannaməsi təqdim etdiyi, buna görə pandemiya dövründəki məhdudiyyətlər səbəbindən şirkətin işçilərinin işləmədiyi və yuxarıda göstərilənləri nəzərə alaraq Gürcüstan Hökumətinin müvafiq qərarı ilə müəyyən edilmiş 200 lari təzminat tələb etdikləri müəyyənləşdi.
Adı çəkilən müəssisədə işləyən şəxslərin fəaliyyətlərini həmişəki kimi davam etdirdikləri və qeyri-qanuni maddi faydalar əldə etmək üçün təzminat şəklində dövlətə məxsus vəsaitləri saxtakarlıqla mənimsədikləri müəyyən edildi", - deyə məlumatda bildirilir.
İdarənin verdiyi məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutan 180 və 362-ci maddələrinin ikinci hissəsi ilə davam etdirilir.