Rustavi "Azot" müəssisəsi yaxınlığındakı kanalda aparılan intensiv axtarış tədbirləri nəticəsində xilasedicilər 50 yaşlı kişinin cəsədini tapıblar.
InterPress.ge xəbər verir ki, axtarışlara Rustavi və Tbilisi Fövqəladə Hallar Xidmətinin 40-dan çox xilasedicisi, həmçinin 2 dalğıc cəlb olunmuşdu.
Ailə yaxınlarının dediyinə görə, kişi balıq tutmaq üçün kanala gedib və daşmış kanalda gözdən itib.
Axtarış tədbirlərini həyata keçirmək üçün kanaldakı suyun səviyyəsi süni şəkildə endirilmişdi.
