01 
Iyn
2021
11:30
320

Bu ölkədə quşlardan insanlara keçən yeni virus yayıldı

Çinin şərqində Gianqsuda quş qripinin H10N3 ştammı ilə insanlar arasında yoluxmanın bir halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Reuters Çinin səhiyyə komissiyasına dayanaraq yayır.

Yayılan məlumata görə, 41 yaşlı kişi yüksək qızdırma və qripin başqa əlamətləri ilə may ayının sonunda xəstəxanaya yerləşdirilib. Hal- hazırda onun vəziyyəti stabildir və yaxın günlərdə xəstəxanadan evə buraxılacaq.

Kişinin bu virusa yoluxma mənbəyi hal- hazırda məlum deyil. Virus onun təmasda olduğu heç bir şəxsdə aşkarlanmayıb.

Çində quş qripinin müxtəlif ştammları yayılıb və insanlar bəzən bu virusun müxtəlif növlərinə yoluxur. 2016- 2017- ci illərdə təxminən 300 insan H7N9 ştammının qurbanı olub.
H10N3 ştammına yoluxma halı dünyanın heç bir yerində yayılmayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər