05 
Okt
2026
19:23
876

Marneuli-Tbilisi yolunda ağır yol qəzsı baş verdi - Ölən və yaralananlar var (FOTO)

Marneuli-Tbilisi yolunun Koda kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı betonqarışdıran maşınla minik avtomobili toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər