Hüquq-mühafizə orqanları 1993-cü il təvəllüdlü E.İ.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə Tbilisidə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, istintaq cari ilin 4 iyun tarixində təqsirləndirilən şəxsin mübahisə zəminində 1994-cü il təvəllüdlü D.B.-ya soyuq silahla xəsarət yetirdiyini müəyyənləşdirib.
Polis E.İ.-ni isti təqib nəticəsində saxlayıb. Cinayət silahı - bıçaq sübut kimi götürülüb.
Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurmağı nəzərdə tutan 117-ci maddəsi ilə istintaq aparılır.
Cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.
.jpg)