InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Arçil Talakvadze və Sahiba Qafarova ölkələrin qlobal pandemiya kontekstində atdığı əsas addımları, səhiyyə tədbirləri və iqtisadi vəzifələri müzakirə etdilər. Danışıqlarda parlamentlərin fəaliyyəti və onların COVID19-a qarşı reaksiya prosesində iştirakı məsələlərinə də toxunuldu.
Arçil Talakvadze göstərdiyi dəstəyə görə, həmkarına təşəkkür edib və Azərbaycana Koronavirus ilə mübarizənin uğurla başa çatmasını arzulayıb.
