Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”

509
Amiran Salukvadze: “Gürcüstan Azərbaycanla etimadı dərinləşdirir”
Dinləmək üçün basın

“Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”.

“Gürcüstanın regional proseslərdə və qonşuluq siyasətində rolu artır”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın 15 ermənini Ermənistan tərəfinə təhvil verməsində Gürcüstanın iştirakını şərh edən hərbi-siyasi ekspert Amiran Salukvadze feysbuk hesabında yazıb.

Ekspertin sözlərinə görə, bu, yaxın qonşular və regiondakı xarici oyunçuların Gürcüstana etimadın möhkəmlənməkdə olduğunu təsdiqləyir.

A.Salukvadzenin fikrincə, Gürcüstanın prosesdəki rolu qonşuları – Azərbaycan və Ermənistanla etimadın dərinləşməsinə xidmət edir: “İrakli Qaribaşvilinin Bakı, Yerevan və Ankaraya səfərlərinin nəticəsi etimadın dərinləşdirilməsidir”.

Ekspert Gürcüstanın fəal xarici siyasətini alqışlayıb: “Bu, regional kontekstdə müsbət hadisədir və belə addımlar bölgədə sülh, etimad və mehriban qonşuluq münasibətlərinin qurulmasına şərait yaradacaq. Azərbaycan tərəfi İrakli Qaribaşviliyə danışıqlarda oynadığı rola görə artıq minnətdarlıq bildirib”.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →