15 
Iyn
2021
14:46
560

Mərkəz rəhbərindən açıqlama: Yüngülləşdirmələr bu şəxslərə şamil edilə bilər

"Koronavirusun qarşısının alınmasına qoyulan məhdudiyyətləri azaltmaq üçün addımlar atılırsa, ilk növbədə bu, ehtimal ki, ikiqat peyvəndlənənləri əhatə edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze məlumat verib.

“Nəzarət mexanizmi əlbəttə ki, əmək müfəttişliyi, polis tərəfindən gücləndirilməlidir, amma əsas şey özünüdərkdir. Dördüncü dalğanın çox yüngül olması üçün öz şüurumuz olmalıdır. Bu gün iki dəfər aşılananlar üçün testlərin məcburi olmaması kimi təşviq edici tədbirləri də müzakirə etdik. 70 minə qədər insan iki dəfə peyvənd olunub. Komendant saatı ilə bağlı da müzakirələr aparılacaq. Yüngülləşdirmə addımı atılarsa, ehtimal ki, iki dəfə aşılananlara aid olacaq”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın