Tələbələr və müəllimlər məcburi peyvənd olunacaq? - İmnadzedən açıqlama
"Tələbələrin və müəllimlərin koronavirus peyvəndi ilə aşılanması məcburi bir tədbir olmayacaq".
InterPress.ge xəbər verir ki, bunu Paata İmnadze Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin bütün müəllimlərin, mühazirəçilərin və tələbələrin təhsil prosesi başlayanda iki dəfə peyvənd edilməli olduğu açıqlamasına münasibət bildirərkən söyləyib.
İmnadzenin izah etdiyinə görə, xaricə getmək istəyən gürcü tələbələr aşılanmadığı təqdirdə qəbul edilmir.
"Məktəbi təhlükəsiz vəziyyətə gətirmək üçün yaz dövründən istifadə etməliyik, müəllimlər aşılanmalıdır. Ayrıca, ali təhsil müəssisələri təhlükəsiz olmalıdır, professor və tələbələr aşılanmalıdır.
Əlbəttə ki, bu məcburetici bir tədbir olmayacaq, lakin özəl məktəblər bunu müqavilələrində nəzərə ala bilərlər. Yəqin ki, xaricdə təhsil almaq üçün gedən bir çox gürcü tələbənin peyvənd edilmədiyi halda qəbul olunmadığını bilirsiniz. Bu dünyada normal bir təcrübədir", - dedi İmnadze.


