Prokurorluq Bolnisidə baş verən hadisə ilə bağlı bəyanat yayır
Gürcüstan Prokurorluğu bəyanat yayır.
InterPress.ge xəbər verir ki, bəyanatda deyilir:
"Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində məlum oldu ki, 12 iyun 2021-ci il tarixdə, Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində R.M., arvadı S.İ.-yə fiziki təcavüz edib. Alınan xəsarətlər nəticəsində S.İ. xəstəxanaya aparılmadan əvvəl vəfat edib.
Hüquq-mühafizə orqanları R.M.-nı 13 iyun tarixində saxladı. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 117-ci maddəsinin 4-cü hissəsi ilə (ailə üzvünə qəsdən ağır bədən xəsarəti yetirməklə nəticələnən ölüm hadisəsi) ittiham olundu, bu da 6 ildən 9 ilə qədər həbs cəzası nəzərdə tutur.
Bolnisi Rayon Məhkəməsi Prokurorluğun vəsatətini təmin etdi və R.M.-yə həbs qətimkan tədbiri seçdi və həbs cəzasına məhkum etdi.
Cinayət işi üzrə istintaq aparılır. S.İ.-nin ölüm səbəbini müəyyənləşdirmək üçün tibbi müayinə planlaşdırılır. Nəticə alındıqdan sonra kvalifikasiya dəqiqləşdiriləcək".


